Seydina Keyta: “Qarabağ”ın Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam”

Seydina Keyta: “Qarabağ”ın Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam”






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Futbol, #Latviya, #Qəbələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Düzdür, “Qəbələ”dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə klub haqqında çox şey danışmışdı”.

presstvaz xəbər verir ki, bu sözləri “Qəbələ”nin yeni transferləri Seydina Keyta klubun rəsmi saytına açıqlamasında deyib.

Seneqallı mərkəz müdafiəçisi təlim-məşq toplanışının ilk günlərindən, Azərbaycan futbolu haqqında məlumatlarından və Dodo ilə tanışlığından danışıb:

“İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədəri ilə Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür. Azərbaycan futbolu barədə məlumatım var idi. “Qarabağ”ın, demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. “Qəbələ” haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda, komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın “Liepaya” klubunda bir yerdə çıxış etmişik. Dodo “Qəbələ” haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Həmçinin Dodonun “Qəbələ”nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda özüm haqqında yaxşı təəssürat yaradım”.

Keyta sonda “Qəbələ” azarkeşlərinə müraciət edib:

“Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda “Qəbələ” çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv