Saxta qəza xəbərləri ilə yaşlıları aldadan şəbəkə – Nazirlik XƏBƏRDARLIQ ETDİ

Saxta qəza xəbərləri ilə yaşlıları aldadan şəbəkə – Nazirlik XƏBƏRDARLIQ ETDİ






presstv

"Presstv"az #Audi, #Cərrahi əməliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur. Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər.

presstvaz bildirir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən   verilən məlumata görə, şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər.

Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada ələ keçirməyə çalışırlar.

Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal “102” Zəng Mərkəzinə müraciət etsinlər.

Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv