Millimetrlə ölçülən ofsayd qaydaları dəyişməyəcək – UEFA-dan QƏTİ QƏRAR

Millimetrlə ölçülən ofsayd qaydaları dəyişməyəcək – UEFA-dan QƏTİ QƏRAR






presstv

"Presstv"az #Audi, #Avropa, #Fransa, #Futbol, #İspaniya, #İspaniyanın, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) futbolda ən mübahisəli məqamlardan biri olan ofsayd qaydasının dəyişdirilməsi təklifini qəti şəkildə rədd edib.

presstvaz xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Times” qəzeti məlumat yayıb.

Belə ki, UEFA rəhbərliyi mövcud qaydanın dəyişdirilməsi ilə bağlı təklifi qəbul etməyib. Daha əvvəl İspaniyanın “AS” qəzeti xəbər vermişdi ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 20 yanvar tarixində ofsayd qaydalarında dəyişiklik edilməsi məsələsini müzakirə edəcək. Lakin görünən odur ki, UEFA bu təşəbbüsə dəstək verməyəcək.

Hazırkı qaydalara əsasən, əgər hücum edən oyunçunun bədəninin hər hansı bir hissəsi ötürmə anında rəqibin qapısına, qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçidən daha yaxındırsa, ofsayd vəziyyəti yaranır. Bu qayda 1990-cı illərdə edilən dəyişiklikdən sonra tətbiq olunur və VAR sistemi ilə daha da təkmilləşdirilib.

“Arsenal”ın əfsanəvi baş məşqçisi, FIFA-da qlobal futbolun inkişafı üzrə rəhbər vəzifəsini tutmuş Arsen Venger isə köklü dəyişiklik təklif etmişdi. Vengerin təklifinə görə, əgər bədənin qol vura bilən hər hansı bir hissəsi sonuncu müdafiəçinin xəttində və ya arxasındadırsa, oyunçu ofsaydda hesab edilməməlidir.

Arsen Vengerin 2019-cu ildə ilk dəfə irəli sürdüyü bu təklif hücum futbolunu təşviq etmək və daha çox qolun vurulmasına şərait yaratmaq məqsədi daşıyırdı. Fransalı mütəxəssis hesab edirdi ki, bu dəyişiklik oyunu daha maraqlı və dinamik edəcək.

Lakin UEFA rəhbərliyi futbolun əsas prinsiplərindən birinin dəyişdirilməsinə razılıq verməyib. Ekspertlər hesab edirlər ki, bu qərar VAR-ın tətbiqindən sonra ofsayd vəziyyətlərinin millimetrlə ölçülməsi tendensiyasını davam etdirəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv