Hansı məktəblər distant təhsilə keçəcək?

Hansı məktəblər distant təhsilə keçəcək?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Lənkəran, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə təhsilin keyfiyyətini artırmaq məqsədilə yeni tədris modeli tətbiq ediləcək.

presstvaz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-nin efirində “Sabaha saxlamayaq” verilişində çıxışı zamanı məlumat verib.

Vəfa Yaqublu bildirib ki, bəzi ucqar məktəblərdə fənn müəllimlərinin çatışmaması şagirdlərin illərlə müəyyən fənləri öyrənə bilməməsinə səbəb olur.

“Təsəvvür edin ki, bütöv bir sinif kimya fənnini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur. Bunun əsas səbəbi şagird sayı az olan məktəblərdə dərs saatlarının azlığıdır. Müəllimlərin maaşı dərs saatı əsasında formalaşdığı üçün bu məktəblərə müəllim cəlb etmək çətinləşir. Bu mövzu uzun müddət müzakirə olunub. Texnologiyanın verdiyi imkanlar bizi belə bir qərara gətirdi ki, ilkin mərhələdə bu modeli hibrid formada tətbiq edək. Hansı fənn üzrə müəllim yoxdursa, şagirdlər rayon mərkəzində yerləşən məktəbə internetlə bağlanacaq və həmin rayonun ən yaxşı müəllimi onlara distant dərs keçəcək”, – deyə o vurğulayıb.

Tətbiq ediləcək yeni sistem bir neçə mühüm mexanizmi özündə birləşdirir. Belə ki, müəyyən təhsil müəssisələrinə “mərkəz məktəb” statusu veriləcək. Bu məktəblərdə distant dərslərin yüksək səviyyədə təşkili üçün müasir texniki infrastruktur qurulacaq. Şagirdlər kompüter vasitəsilə mərkəz məktəbdə keçirilən dərslərə birbaşa qoşula biləcəklər.

Hazırda şagird sayı az olan 100-dən çox məktəbdə bu yeni tədris modelinə keçid birdəfəlik deyil, mərhələli şəkildə həyata keçiriləcək.

“Yüzdən çox məktəbdə şagird sayı azdır. Bu məktəblərdə distant təhsilə keçid mərhələli şəkildə baş tutacaq. Biz bu modeli Lənkəran-Astara regionunda yerləşən bir neçə məktəbdə sınaqdan keçirmişik. Nəticələr qənaətbəxşdir. Layihə hazırda test mərhələsindədir”, – deyə agentlik rəsmisi bildirib.

Vəfa Yaqublu həmçinin ölkədə gedən köç prosesinin məktəblərə təsirinə də diqqət çəkib:

“Hazırda Qarabağa köç prosesi gedir və həmin ərazilərdəki məktəblər genişlənir. Məsələn, Xankəndidə yerləşən məktəb artıq mövcud şagird sayına görə kifayət qədər yüklənib. Digər bölgələrdə isə bəzi məktəblərin boşalması müşahidə olunur. Belə bir tendensiya formalaşır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv