KİV: Fransa Almaniyanın yenidən silahlanması tempini təşvişlə izləyir

KİV: Fransa Almaniyanın yenidən silahlanması tempini təşvişlə izləyir






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #Berlində, #Fransa, #Haaqa şəhəri, #Hakim, #Müharibə, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa rəsmiləri Parisdə Almaniyanın yenidən silahlanmasının miqyasından “təşviş və narahatlıq” keçirdiklərini bildiriblər. Fransada Almaniyanın hərbi kompleksinin güclənməsinin Berlinin Avropa müdafiəsində dominantlığına və milli müdafiə sektorunun zəifləməsinə səbəb olacağından ehtiyat edirlər.

presstvaz-ın məlumatına görə, “Bloomberg” bu barədə məlumat verir.

Agentlik qeyd edir ki, Fransa siyasi hakimiyyəti bir tərəfdən Almaniyanın müdafiə xərclərinin artmasını alqışlayır, digər tərəfdən isə Berlinin artan siyasi təsiri və hərbi mövqeyinin güclənməsindən narahatlıq keçirir.

Avropa parlamentinin üzvü Fransua-Ksavye Bellami agentliyə bildirib ki, “daxili siyasi qeyri-sabitlik Fransanın geosiyasi təsirini sarsıdır”.

Alman Marşal Fondunun vitse-prezidenti Klaudiya Mayorun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra Avropada Fransa geosiyasi lider, Almaniya isə iqtisadi nəhəng kimi qəbul olunub. Ekspertin fikrincə, indi Almaniya hər iki funksiyanı birləşdirərək təsirini genişləndirir ki, bu da Parisdə narahatlıq doğurur.

Almaniyanın müdafiə büdcəsinin artması 2025-ci ildə Haaqa şəhərində keçirilən NATO sammitinin qərarları ilə əlaqəlidir və orada Berlinə müdafiə xərclərini 2035-ci ilə qədər 3.5%-ə çatdırmaq tövsiyə olunub. NATO və əksər AB ölkələri bu tədbirləri təsdiqləyir, lakin Paris də daxil olmaqla bir neçə qərb ölkəsi Avropa inteqrasiyanı tənqid edən Almaniya üçün Alternativ Partiyasının (AfD) populyarlığından narahatdır. Bəzi ölkələr Berlində avropayönümlü olmayan bir hökumətin yaranmasından qorxurlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv