Qızını bıçaqlayan atanın cəzası azaldıldı: “Məni öldürmək istəmirdi”

Qızını bıçaqlayan atanın cəzası azaldıldı: “Məni öldürmək istəmirdi”






presstv

"Presstv"az #Ali Məhkəmə, #Bakı, #Hadisə, #Qaradağ rayonu, #Qəsdən adam öldürmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda qonşusunun təhriki ilə qızı Rəna Cavadovanı bıçaqlayan Rəfail Cavadovun cəzası yüngülləşdirilib.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, cəzanın azaldılması zərərçəkmiş qızın özünün təqdim etdiyi kassasiya şikayəti əsasında baş verib.

Hadisənin təfərrüatına gəlincə, faciə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. İbtidai istintaq materiallarından məlum olub ki, qonşusu ilə söhbət zamanı Rəfail Cavadova qızının guya əxlaqsız həyat tərzi keçirməsi barədə məlumat verilib.

Nəticədə Rəfail Cavadov qızına 5 bıçaq zərbəsi endirib. Hadisə yerində olan qonşu qadın Rəfail Cavadovu tutaraq saxlayıb və beləliklə Rəna ölümdən qurtulub.

İlkin məhkəmə qərarı ilə Rəfail Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) ilə təqsirli bilinərək 11 il 3 ay azadlıqdan məhrum edilib.

Lakin diqqəti çəkən məqam odur ki, zərərçəkmiş Rəna Cavadova özü atasının cəzasının azaldılması üçün kassasiya şikayəti verib. O, şikayətini belə əsaslandırıb:

“Atam məni doğrudan da öldürmək istəsəydi, buna heç kim mane ola bilməzdi. Məhkəmə istintaqında atam məni öldürmək deyil, qorxudaraq cəzalandırmaq niyyətini bildirərkən tam həqiqəti söyləyib”.

Rəna Cavadovanın fikrincə, atasının əməli qəsdən adam öldürməyə cəhd kimi deyil, qəsdən sağlamlığa ağır zərər vurma (CM 126.1) kimi nəzərə alınmalıdır.

Ali Məhkəmənin kollegiyası işin materiallarını dərindən araşdırdıqdan sonra, kassasiya şikayətini qismən təmin edib və apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirib. Nəticədə Rəfail Cavadovun cəzası əhəmiyyətli dərəcədə – 11 il 3 aydan 7 il 10 aya endirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv