Yüksəkvəzifəli şəxslərin xuliqanliqda təqsirləndirilən qohumu psixiatriya xəstəxanasına göndərildi

Yüksəkvəzifəli şəxslərin xuliqanliqda təqsirləndirilən qohumu psixiatriya xəstəxanasına göndərildi






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hadisə, #Hakim, #Prezident Administrasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin mühakimə olunan yaxın qohumu İsa Əzizov barəsində məhkəmə qərarı elan edilib.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda İsa Əzizovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq, məhkəmə onu ümumi tipli psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərib.

Məhkəmə istintaqı zamanı bilinib ki, İsa Əzizov 2025-ci ilin sentyabr ayında “Sea Breeze” istirahət mərkəzində xuliqanlıq edib. İlkin mərhələdə ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş açılsa da, istintaq dərinləşdikcə ittihamlar ağırlaşıb və əməlləri Cinayət Məcəlləsinin 126.2.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə yenidən tövsif edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, bu, İsa Əzizovun ilk qanunsuz əməli deyil. Belə ki, o, daha əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs cəzası alıb. Azadlığa çıxdıqdan sonra isə 2019-cu ildə paytaxtın mərkəzində baş verən silahlı hadisədə fəal iştirak edib. Həmin insidentdə polis əməkdaşlarının təslim olmaq çağırışlarına qarşı İsa Əzizov bıçaqla təhlükəli müqavimət göstərib.

Məhkəmə psixiatrik ekspertizanın rəyinə əsaslanaraq İsa Əzizovun məcburi müalicəyə ciddi ehtiyacı olduğu qənaətinə gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv