“Qarabağ”ın hədəfi Andre Klovis üçün üç milyon avro tələb olunur

“Qarabağ”ın hədəfi Andre Klovis üçün üç milyon avro tələb olunur






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Azərbaycan, #Braziliya, #Çin, #Futbol, #Superliqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliyanın “Akademiko” klubu “Qarabağ”ın bir müddətdir transfer gündəmində saxladığı braziliyalı hücumçu Andre Klovisin transfer qiymətini açıqlayıb.

presstvaz portuqal futbolu üzrə tanınmış insayder Felipe Silvaya istinadən xəbər verir ki, Vizeu təmsilçisi futbolçusunu “Qarabağ”a satmaq üçün üç milyon avro məbləğində kompensasiya tələb edir.

Maraqlıdır ki, 28 yaşlı braziliyalı forvardın xidmətində təkcə Azərbaycan çempionu deyil, eyni zamanda Çin Superliqasının təmsilçisi olan “Uhan Fri Tauns” da maraqlıdır. Bu da transferin reallaşmasını çətinləşdirə bilər.

Andre Klovis artıq 2025-ci ilin yayından etibarən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun transferlər siyahısında yer alır. Braziliyalı hücumçu cari mövsüm ərzində meydana çıxdığı 20 rəsmi oyunda 15 qol vurmağı və 2 məhsuldar ötürmə verməyi bacarıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv