Nazirlik gimnaziya rəhbərliyinə cərimə yazdı, direktor məhkəməyə müraciət etdi

Nazirlik gimnaziya rəhbərliyinə cərimə yazdı, direktor məhkəməyə müraciət etdi






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb.

presstvaz “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə 2024-ci il noyabrın 3-də gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.

Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə. də yaralanıb.

Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti hadisəyə görə Nizami Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol yazıb və direktor 1000 manat cərimə edilib. Buna səbəb isə məktəb rəhbərliyinin hadisə ilə bağlı müvafiq qurumlara məlumat verməməsi olub.

Direktor məhkəməyə müraciət edərək, nazirlik tərəfindən tətbiq edilən protokolun ləğv olunmasını tələb edib. O, bildirib ki, hadisə ilə bağlı təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib. Müvafiq qərarla nazirliyin direktor barəsində protokolu ləğv edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv