Bakıda küçədə tanışını güllələyib öldürən hərbçi aldığı cəza ilə razılaşmır

Bakıda küçədə tanışını güllələyib öldürən hərbçi aldığı cəza ilə razılaşmır






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Məhkum, #Nərimanov rayonu, #Odlu silah, #Qəsdən adam öldürmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham olunan keçmiş hərbi qulluqçu İsmayıl Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, şikayət hakim Zaur Hüseynovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, hadisə 2025-ci il iyunun 26-da axşam saatlarında paytaxtın Nərimanov rayonunda baş verib.

İttihama görə, İsmayıl Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb.

Bakı Hərbi Prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan İsmayıl İbrahim oğlu Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib. İş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

İsmayıl Allahverdiyev müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə İsmayıl Allahverdiyev 17 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv