Fransada qar uçqunu nəticəsində üç nəfər ölüb

Fransada qar uçqunu nəticəsində üç nəfər ölüb






presstv

"Presstv"az #Audi, #Fransa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın cənub-şərqindəki Savoya departamentinin Val-d’İzer və Areş-Bofor dağ-xizək kurortlarında baş verən qar uçqunları nəticəsində üç xizəkçi həlak olub.

presstvaz bu barədə BFMTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, bir xizəkçi Areş-Boforda müəyyən edilmiş xizək zolağından kənarda sürərkən həlak olub, onunla birlikdə olan digər şəxs isə ağır kəllə-beyin travması alıb.

İkinci uçqun Val-d’İzerdə baş verib və burada iki nəfər 2.5 metr qar kütləsinin altında qalıb. Telekanal qeyd edib ki, xilasedicilər xizəkçilərin yerini telefon siqnallarının izlənilməsi vasitəsilə müəyyən edə biliblər. Hər iki turist kritik vəziyyətdə tapılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv