Venesuela və ABŞ səfirlikləri açıla bilər: Delsi Rodrigesdən açıqlama

Venesuela və ABŞ səfirlikləri açıla bilər: Delsi Rodrigesdən açıqlama






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Nikolas Maduro, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Venesuela və ABŞ iki ölkənin səfirliklərinin açılması imkanlarını araşdırırlar”.

presstvaz-ın xəbərinə görə, bu barədə Bolivar Respublikasının prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriges “Venezolana de Televisión” telekanalının efirində məlumat verib.

O qeyd edib ki, ölkə Venesuelada müstəqilliyi, sabitliyi, suverenliyini və sülhü qorumaq üçün Bolivar sülh diplomatiyasından istifadə edəcək.

Delsi Rodriges hesab edir ki, respublikanın seçdiyi yol ələ keçirilərək ABŞ-yə aparılan Venesuela prezidenti Nikolas Maduronun və birinci xanım Siliya Floresin geri qayıtmasını təmin edəcək.

“Biz bu yolda strateji səbir, qətiyyət, sonsuz sədaqət və hər şeydən əvvəl xalqımıza dərin sevgi ilə irəliləyirik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Vaşinqton özünü respublikanın lideri elan etmiş prezident Xuan Quaydonu tanıdıqdan sonra 2019-cu ilin yanvar ayında Venesuela ABŞ ilə diplomatik münasibətləri kəsib.

2026-cı il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edib. ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə endirilən zərbələri təsdiqləyib. Vaşinqton Prezident Maduro və həyat yoldaşının ələ keçirilməsi və ölkədən çıxarılması üçün əməliyyat keçirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv