Bankdan pul götürmək istəyənlərin nəzərinə: 2026-cı ildə faizlər necə olacaq?

Bankdan pul götürmək istəyənlərin nəzərinə: 2026-cı ildə faizlər necə olacaq?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bankların yeni cəlb etdikləri depozitlər üzrə faiz dərəcələri azalsa da, kredit faizləri nəinki aşağı düşməyib, əksinə artım nümayiş etdirib.

Belə ki, Azərbaycan Mərkəzi Bankının 2025-ci il dekabrın 1-nə olan məlumatına əsasən, manatla yerləşdirilən depozitlərin orta faiz göstəricisi 8,71 faizdən 6,77 faizə enib. Eyni dövrdə kreditlər üzrə orta faiz dərəcəsi isə 17,07 faizdən 18,68 faizə yüksəlib. Bu tendensiya xarici valyutada olan depozit və kreditlərdə də müşahidə olunur.

Belə bir vəziyyətdə sual yaranır: bankların cəlb etdikləri vəsaitlərin dəyəri ucuzlaşdığı halda, verilən kreditlərin faizlərinin artması nə ilə izah olunur?

Rəsmi statistikaya görə, ölkədə verilmiş kreditlərin 46,8 faizini istehlak və ipoteka kreditləri təşkil edir. Mərkəzi Bankın məlumatına əsasən, istehlak kreditləri üzrə orta faiz dərəcələri kreditin növündən asılı olaraq 13 faizdən 26 faizə qədər dəyişir.

İqtisadçı Eldəniz Əmirov bildirir ki, kredit və depozit faizləri mövcud iqtisadi sistemdəki risk amilləri əsasında formalaşır:

“Ötən illə müqayisədə hazırda depozit faizlərinin aşağı düşməsi qarşıdakı 2-3 il üçün iqtisadi proqnozlarda risklərin yüksək olması ilə bağlıdır. Lakin bunun fonunda kreditlər üzrə 17-18 faizlik göstəricilər çox böyük marja deməkdir. Banklar tərəfindən belə yüksək fərqin yaradılması həddindən artıq böyük göstərici hesab olunur”.

Mövcud vəziyyət göstərir ki, bankların depozitlər üzrə faiz siyasətində azalma tendensiyası 2026-cı ildə də davam edir. Belə ki, artıq bir neçə bank cəlb etdikləri vəsaitlər üzrə faiz dərəcələrini 0,5 faiz-bəndi azaldıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv