Dövrünün ən hündür qadın basketbolçusu vəfat edib

Dövrünün ən hündür qadın basketbolçusu vəfat edib






presstv

"Presstv"az #Ailə, #Audi, #Avropa, #Başsağlığı, #Latviya, #SSRİ, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

SSRİ yığmasının tərkibində basketbol üzrə ikiqat Olimpiya çempionu olmuş Ulyana Semyonova 74 yaşında vəfat edib.

presstvaz xəbər verir ki, bu barədə Latviya Basketbol Assosiasiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Ulyananı tanıyanlara, hörmət edənlərə, sevənlərə, ailəsinə və hər kəsə dərin hüznlə başsağlığı veririk”, – deyə məlumatda qeyd olunub.

Semyonova ikiqat Olimpiya çempionu (1976, 1980), üçqat dünya çempionu (1971, 1975, 1983) və onqat Avropa çempionudur. Riqa TTT klubunun tərkibində Avropa çempionlar kubokunu (qadınlar üzrə Avropa Liqası) on bir dəfə qazanıb.

Semyonovanın adı FIBA Şöhrət Zalına (2007-ci ildən) və Basketbol Şöhrət Zalına (1993-cü ildən) daxil edilib.

Semyonova 210 sm boyu ilə öz dövrünün ən hündür və ən titullu qadın basketbolçusu olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv