Daha iki ölkə İrana uçuşları LƏĞV ETDİ

Daha iki ölkə İrana uçuşları LƏĞV ETDİ






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Beynəlxalq Hava Limanı, #Hava Yolları, #İran, #Qətər, #Tehran, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dubay-İran istiqamətində, o cümlədən Tehran, Şiraz və Məşhəd şəhərlərinə planlaşdırılan azı 17 reys ləğv edilib.

presstvaz “Khaleej Times”a istinadən xəbər verir ki, “Flydubai” aviaşirkətinin sözçüsü İran istiqamətində uçuşların ləğv edildiyini təsdiqləyib və vəziyyəti izləməyə davam edəcəyini bildirib.

“Təxirə salınan və ya ləğv edilən uçuşlar səbəbindən səyahət planları pozulan sərnişinlərlə birbaşa əlaqədəyik”, – deyə o qeyd edib.

Ləğvin səbəbi isə açıqlanmayıb.

Həmçinin Qətərin Doha şəhəri ilə Tehran arasında azı iki reysin ləğv edildiyi Hamad Beynəlxalq Hava Limanının saytında yer alıb.

Xatırladaq ki, Türkiyə bu gün və sabah İranın Tehran, Təbriz və Məşhəd şəhərlərinə planlaşdırılan 17 reysin ləğv olunduğunu açıqlayıb.

Daha sonra Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv