Natiq Məmmədli: “Dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımlar atmalıyıq”

Natiq Məmmədli: “Dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımlar atmalıyıq”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Futbol, #İlham Əliyev, #Mətbuat Şurası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dilimizin saflığının qorunması istiqamətində daha çox praktik addımlar atmalıyıq”.

presstvaz xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclasında deyib.

O, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlərdən sitat gətirərək qeyd edib ki, hazırda bununla bağlı müzakirələrin keçirilməsi olduqca əhəmiyyətlidir:

“Maarifləndirmək istiqamətində davamlı işlər görməliyik. Bizə futbolçu, idmançı lazımdırsa, onu xaricdən gətirə bilərik. Amma Azərbaycan dilində yaxşı danışan şəxs gətirə bilmərik. Biz daha çox praktik addımlar atmalıyıq”.

N.Məmmədli onlayn mediadakı bəzi problemlərdən danışıb:

“Bəzən xəbər başlıqlarında bütün hərflər böyük hərflə yazılır. Vasitəsiz və vasitəli nitq məsələsində problemlərimiz var. Oxucu bilməlidir ki, yazıda şərh və informasiya hansıdır. Qəzetdə yazdığımız yazını sayta qoya bilmərik. Onda bu, onlayn media olmaz. Komissiyasının yetərincə intellektual üzvləri var. Səhvlərin aradan qaldırılması istiqamətində də tövsiyələr olmalıdır. Müəyyən etməliyik ki, onlayn medianın dili hansı standartlara cavab verməlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv