Ötən il övladlığa verilmiş neçə uşaq geri qaytarılıb? – RƏSMİ CAVAB

Ötən il övladlığa verilmiş neçə uşaq geri qaytarılıb? – RƏSMİ CAVAB






presstv

"Presstv"az #Ailə, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il ərzində respublika üzrə ümumilikdə 149 uşaq övladlığa verilib.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 71-i qız, 78-i isə oğlan uşağıdır.

Həmçinin qeyd olunub ki, müvafiq sahədə səlahiyyətlər Nazirliyə həvalə edildikdən (2019-cu ilin noyabrından) bu günədək ailələrə verilmiş 3 uşağın övladlığa götürülməsi ləğv edilib. Həmin uşaqlardan 1-i qız, 2-si oğlandır.

Qurum xatırladıb ki, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı həyata keçirilən tədbirlər onların ailə mühitində böyüməsinin təmin edilməsinə, hüquqlarının müdafiəsinə və sosial təminatının gücləndirilməsinə yönəlib. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən övladlığagötürmə fəaliyyəti və bir müddət əvvəl tətbiq edilən “Himayədar ailə” institutu vasitəsilə uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi, eləcə də sosial dəstək mexanizmləri vasitəsilə ailə himayəsinə qaytarılması üzrə ardıcıl işlər görülür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv