Vəkillər Kollegiyasının üzvlüyünə sənəd qəbulu başladı

Vəkillər Kollegiyasının üzvlüyünə sənəd qəbulu başladı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Respublikası Vəkillər Kollegiyası, #Dövlət İmtahan Mərkəzi (DİM), #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 2026-cı il yanvarın 8-dən başlayıb.

presstvaz xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, növbəti test mərhələsində iştirak üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.

Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə daxil olaraq açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid etməlidirlər.

VK ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə edilmiş razılığa əsasən, test imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə olaraq açıqlanacaq.

Həmçinin namizədlər onlayn qaydada hazırlanan tanış olaraq müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.

Onu da xatırladaq ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajı bir ilədək azaldılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv