“Vaqner”çilər həbsdə olan sabiq “Formula-1” pilotunun doqquz avtomobilini oğurlayıblar

“Vaqner”çilər həbsdə olan sabiq “Formula-1” pilotunun doqquz avtomobilini oğurlayıblar






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #avtomobillər, #Fiziki zorakılıq, #Fırıldaqçılıq, #Formula-1, #Hadisə, #Hakim, #Lüks avtomobil, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fırıldaqçılıqda ittiham olunan və hazırda həbsdə olan keçmiş “Formula-1” pilotu Adrian Sutilin işi ilə bağlı yeni detallar ortaya çıxıb.

presstvaz xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, sabiq pilotun doqquz ədəd superkarı Monakodakı qarajından naməlum şəraitdə yoxa çıxıb.

Bildirilir ki, Sutilin ailəsinə anonim telefon zəngi daxil olub. Zəng edən şəxs özünü Vladimir kimi təqdim edərək Rusiyanın “Vaqner” adlı özəl hərbi şirkətinə mənsub olduğunu iddia edib və “adamlarının” avtomobilləri götürmək üçün Monakoya gələcəyini bildirib.

Bir müddət sonra bir neçə nəfər Monakodakı qaraja gələrək avtomobillərin təhvil verilməsini tələb edib. Onlar ailəni hədələyib və fiziki zorakılıq tətbiq ediblər. Sutilin ailəsi yeni təhdidlər aldıqdan sonra 31 dekabr 2025-ci il tarixində polisə müraciət edib.

Hazırda iş Ştutqart Prokurorluğu və Baden-Vürtemberq polisi tərəfindən araşdırılır. İstintaq Monako hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində aparılır. Hadisə ilə bağlı İnterpola da məlumat verilib.

Xatırladaq ki, Sutil 2025-ci ilin noyabr ayının sonlarında həbs olunub. O, lüks avtomobillərlə bağlı fırıldaqçılıq və mənimsəmə ittihamları ilə üzləşib. Keçmiş pilot irəli sürülən ittihamları qəbul etmir və istintaqla tam əməkdaşlıq etdiyini bildirir.

Bundan əlavə, Monako və İsveçrə ərazisində aparılan axtarışlar zamanı təxminən 20 avtomobil müsadirə edilib. Daha doqquz avtomobil isə qarajda qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv