Maduro 113 ton qızılı görün hansı ölkəyə qaçırıbmış

Maduro 113 ton qızılı görün hansı ölkəyə qaçırıbmış






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Avropa, #Dollar, #Nikolas Maduro, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Venesuela iqtisadiyyatının çökdüyü illərdə Nikolas Maduro hökumətinin ölkə rezervindəki qızılları böyük miqyasda ölkədən çıxardığı sənədlərlə sübut olunub.

presstvaz xəbər verir ki, 2013-2016-cı illər arasında Mərkəzi Banka məxsus 113 ton qızıl İsveçrəyə daşınıb.

“Reuters” və İsveçrənin SRF telekanalının araşdırmasına görə, daşınan qızılın ümumi dəyəri təxminən 5,2 milyar dollar (4,14 milyar İsveçrə frankı) təşkil edib.

Ekspertlər bildirirlər ki, Maduro rəhbərliyi neft gəlirlərinin azalması və ABŞ sanksiyaları səbəbindən yaranan valyuta qıtlığını aradan qaldırmaq üçün qızılları nağd pula çevirməyə çalışıb. Qızıllar İsveçrə emal zavodlarına (rafinerilərə) sertifikatlaşdırılması və daha asan satılması üçün göndərilib.

2017-ci ildə Avropa İttifaqının sanksiyaları dövrəyə girdikdən sonra bu xətt tamamilə bağlanıb. Gömrük qeydlərinə görə, 2017-2025-ci illər arasında İsveçrəyə hər hansı qızıl daşınması qeydə alınmayıb.

İsveçrə Federal Şurası 5 yanvar 2026-cı il tarixində Nikolas Maduro və onun 36 yaxın adamına məxsus bütün əmlak və aktivləri dondurub. İsveçrə rəsmiləri bildiriblər ki, əgər bu vəsaitlərin qanunsuz yollarla əldə edildiyi sübut olunarsa, gələcəkdə həmin vəsaitlər Venesuela xalqına qaytarıla bilər.

“StoneX” bazar analitiki Rona O’Konell qeyd edib ki, 2012-2016-cı illər arasında Venesuela Mərkəzi Bankı “məcburi satış” dövrünə girmişdi. Onun sözlərinə görə, bu qızılların bir hissəsi maliyyə qurumlarının əlində qalıb, bir hissəsi isə kiçik külçələr şəklində Asiya bazarlarına yönəldilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv