Gəncədə söyüş söydü, bıçaqlanaraq qətlə yetirildi: Qanlı hadisənin detalları MƏLUM OLDU

Gəncədə söyüş söydü, bıçaqlanaraq qətlə yetirildi: Qanlı hadisənin detalları MƏLUM OLDU






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Daşkəsən rayonu, #Gəncə şəhəri, #Hadisə, #Qətl hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

presstvaz-ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb.

Qətldə şübhəli bilinən 2009-cu il təvəllüdlü gənc Daşkəsən rayonunda qeydiyyatda olduğu halda Gəncə şəhərində yaşayıb və öldürülən 2003-cü il təvəllüdlü Zamir Rzayevlə tanışlıqları olub.

Məlumata görə, onlar bir gün əvvəl söyüşlü mübahisə ediblər. Yanvarın 6-da axşam saatlarında onların yenidən mübahisəsi düşüb, gənc oğlan Z.Rzayevdən söyüşə görə üzr istəməsini tələb edib. Z.Rzayev isə ondan üzr istəməyib. Bundan sonra həmin şəxs gecə saatlarında Z.Rzayevi görüşə çağırıb. Hadisə yerinə gələn gənc üzərində gəzdirdiyi bıçaqla Zamirə bir dəfə xəsarət yetirib və ayaq nahiyəsindən damarını kəsib. Zamir aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti küçədə aşkar edilib.

Gəncə şəhərində qətl hadisəsi baş verib.

presstvaz-ın məlumatına görə, hadisə bu gün Gəncə şəhəri ərazisində qeydə alınıb.

Daşkəsən rayon sakini, 2003-cü il təvəllüdlü Zamir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, 17 yaşlı şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv