Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun şahmatdan qazandıqları mükafat açıqlandı

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun şahmatdan qazandıqları mükafat açıqlandı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar, #Maqnus Karlsen, #Şahmat, #Şəhriyar Məmmədyarov, #Teymur Rəcəbov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şahmat tarixində ən çox mükafat qazanan qrosmeysterlərin siyahısı tərtib edilib.

presstvaz xəbər verir ki, siyahını Chess.com portalı paylaşıb.

Şahmat üzrə sabiq dünya çempionu Maqnus Karlsen ən çox mükafat qazanan şahmatçı olub. O, indiyədək 12 milyon 232 min 249 dollar mükafat əldə edib.

Azərbaycanlı qrosmeysterlərdən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da bu siyahıda yer alıblar.

Məmmədyarovun karyerası boyunca topladığı ümumi mükafat məbləği 1 milyon 781 min 988 dollardır. Rəcəbovun isə ümumi karyera qazancı 1 milyon 117 min 290 dollar təşkil edir. Bütün dövrlər üzrə Məmmədyarov ümumi mükafat qazancı sıralamasında 21-ci, Rəcəbov isə 28-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, siyahı 2025-ci ilin dekabrın 31-nə olan nəticələr əsasında hazırlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv