“Nestle” şirkətinin uyğunsuzluq aşkarlanan uşaq qidaları ölkəmizə idxal edilib?

“Nestle” şirkətinin uyğunsuzluq aşkarlanan uşaq qidaları ölkəmizə idxal edilib?






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avstriya, #Azərbaycan, #Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), #Bakteriya, #Danimarka, #Finlandiya, #Hadisə, #İtaliya, #Körpə, #Nestle, #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bununla yanaşı, idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir.

presstvaz xəbər verir ki, bu barədə AQTA-nın yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib.

“Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində SMA, BEBA, ALFAMINO, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağırılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır.

Bildiririk ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağırılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib. Ehtiyat tədbiri olaraq “Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, – məlumatda vurğulanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv