Burkina-Fasoda prezidentə sui-qəsd cəhdinin qarşısı alınıb

Burkina-Fasoda prezidentə sui-qəsd cəhdinin qarşısı alınıb






presstv

"Presstv"az #Dron hücumu, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Burkina-Faso təhlükəsizlik qüvvələri Prezident İbrahima Traore də daxil olmaqla, ölkənin yüksəkvəzifəli dövlət rəsmilərinə qarşı sui-qəsd planının qarşısını alıb.

presstvaz-ın Rg.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik naziri Mahamadu Sana çıxışı zamanı məlumat verib.

Nazirin sözlərinə görə, sui-qəsdçilərin qeyri-sabitlik yaratmaqla bağlı əməliyyatı 2026-cı il yanvarın 3-də, yerli vaxtla saat 23:00-da başlamalı idi. Onlar dövlət başçısının zərərsizləşdirilməsindən başlayaraq, mülki və hərbi məmurlara qarşı bir sıra hədəfli sui-qəsdlər planlaşdırıblar.

Sana bildirib ki, prezidentə qarşı sui-qəsd ya yaxın məsafədən, ya da onun iqamətgahına dron hücumu ilə həyata keçiriləcəkdi. Bundan sonra, plana əsasən, xarici qüvvələrin yerüstü müdaxiləsi baş tutacaqdı.

Təhlükəsizlik orqanları sui-qəsdin üstünü aça və bəzi iştirakçıları saxlaya bilib. Nazir sakinləri sakitliyi qorumağa çağırıb.

Mahamadu Sanın iddiasına görə, sui-qəsdin arxasında Burkina-Fasonun keçmiş prezidenti Pol-Anri Sandaoqo Damiba dayanıb. Onun sözlərinə görə, maliyyələşdirmə qonşu Kot-d’İvuardan gəlib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv