Sumqayıtda sakinlər parkın salınmasına qarşı çıxdılar: “Maşın saxlamağa yer olmayacaq”

Sumqayıtda sakinlər parkın salınmasına qarşı çıxdılar: “Maşın saxlamağa yer olmayacaq”






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, 46-cı binanın qarşısında uşaqlar üçün əyləncə qurğularının quraşdırılacağı bildirilir. Bununla bağlı sakinlərə əvvəlcədən məlumat verilib və artıq ərazidə işlərə başlanılıb.

Lakin sakinlər bu təşəbbüsə etiraz edirlər. Onların sözlərinə görə, layihə həyata keçirilərsə, avtomobillərin saxlanılması üçün yer qalmayacaq.

“Biz bunu istəmirik. Çünki həm uşaqların oynaya biləcəyi sahə məhdudlaşacaq, həm də avtomobilləri park etmək mümkün olmayacaq”, – deyə sakinlərdən biri bildirib.

Başqa bir sakin isə narazılığını belə ifadə edib: “Maşın saxlamağa yer olmayacaq. Təcili bir vəziyyət yaranarsa, ərazidən çıxmaq çətin olacaq. Uşaqlar üçün əyləncə qurğuları quraşdırılması adı ilə işlər görülür, amma sonradan ağaclar içəridə qalır və bina tikilir”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, qeyd olunan ərazidə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələr yaradılır: “İşlər qısa müddətdə yekunlaşacaq və ərazi sakinlərin istifadəsinə veriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv