Kiyevdə güllələnən azərbaycanlılarla bağlı cinayət işinə dair mövcud vəziyyət AÇIQLANDI

Kiyevdə güllələnən azərbaycanlılarla bağlı cinayət işinə dair mövcud vəziyyət AÇIQLANDI






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cinayət işi, #Hadisə, #Kiyev, #Qəsdən adam öldürmə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən ilin avqustunda Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı Rəhimov Fərman və oğlu Rəhimov İsmayılın yerli sakin İvanenko Oleksandr Volodimiroviç tərəfindən güllələnməsi faktı ilə bağlı cinayət işinin hazırkı durumu, o cümlədən, hadisəni törədən şəxsin məsuliyyət əvəzinə cəbhəyə göndərilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

presstvaz xəbər verir ki, bununla bağlı cinayət işini aparan Kiyev vilayəti prokurorluğunun rəhbəri Dmitro Prokudin “Report”a açıqlama verib.

D.Prokudin bildirib ki, cinayət törətmiş şəxsin cəbhəyə göndərilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

O qeyd edib ki, şəxs hazırda istintaq təcridxanasındadır və məhkəməsi davam edir:

“Qəsdən adam öldürməyə cəhd, iki nəfərin qəsdən öldürülməsi, həmçinin silahla qanunsuz davranış ittihamı ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsinə əsasən, ittiham aktı Kiyev vilayətinin Fastov Rayon Məhkəməsinə göndərilib. Artıq hazırlıq məhkəmə iclası keçirilib və nəticədə təqsirləndirilən şəxs üçün həbs şəklində olan qətimkan tədbiri 25 yanvar 2026-cı ilə qədər uzadılıb”.

D.Prokudin əlavə edib ki, ilk məhkəmə iclasında sübutların araşdırılması qaydası müəyyən edilib, xüsusilə, yazılı sübutların araşdırılması, şahidlər, zərərçəkmiş və təqsirləndirilən şəxslərin dindirilməsi təmin edilib.

“Növbəti məhkəmə iclası 22 yanvar 2026-cı il tarixinə təyin edilib. Beləliklə, cinayət işi məhkəmə baxışı mərhələsindədir, təqsirləndirilən şəxs həbsdə saxlanılır və onun guya cəbhəyə göndərilməsi barədə iddialar əsassızdır, heç bir təsdiqi yoxdur”, – deyə prokuror əlavə edib.

Xatırladaq ki, 2025-ci il avqustun 31-də, gündüz saatlarında, Kiyev vilayətinin Fastiv şəhərində küçədə meyvə-tərəvəz ticarəti ilə məşğul olan Fərman Rəhimov və oğlu İsmayıla yaxınlaşan şəxs qiymətə görə mübahisə edib. Mübahisə nəticəsində İvanenko Oleksandr Volodimiroviç üzərində gəzdirdiyi silahla ata və oğula atəş açıb. Nəticədə oğul həlak olub, ata ağır yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv