ABŞ Qrenlandiyanı ilhaq etmək istəyir: Ağ Ev Danimarkanın ada üzərində nəzarətinin qanuniliyini şübhə altına aldı

ABŞ Qrenlandiyanı ilhaq etmək istəyir: Ağ Ev Danimarkanın ada üzərində nəzarətinin qanuniliyini şübhə altına aldı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Danimarka, #Hakim, #Qrenlandiya, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Danimarkanın Qrenlandiya üzərində nəzarətinin qanuniliyi ABŞ hakimiyyəti tərəfindən şübhə altına alınıb”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ administrasiyası rəhbərinin müavini Stiven Miller “CNN” nəşrinə müsahibəsində deyib.

“Əsl sual budur ki, Danimarka hansı hüquqla Qrenlandiya üzərində nəzarəti əldə edib? Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarka müstəmləkəsi olduğu nəyə əsaslanır?” – deyə Stiven Miller bildirib.

O qeyd edib ki, Arktikanın təhlükəsizliyinin təmin edilməsi və NATO maraqlarının qorunması üçün Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır.

Onun sözlərinə görə, Qrenlandiyanın 30 minlik əhalisi nəzərə alınmaqla, adanın ABŞ-yə ilhaq edilməsi hərbi əməliyyatlar olmadan həyata keçirilə bilər.

Qeyd edək ki, daha əvvəl ABŞ Administrasiyasının Qrenlandiya üzrə azad assosiasiya ilə bağlı müqavilə layihəsi üzərində işlədiyi və bu layihənin ada əhalisinin həyat səviyyəsini yaxşılaşdıra biləcəyi bildirilmişdi.

Bu cür müqavilələr çərçivəsində ABŞ maliyyə dəstəyi təmin edir, ada isə daxili özünüidarəetməni saxlayır və müdafiə məsələlərini Vaşinqtona həvalə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv