Ərdoğan Yaxın Şərqdəki gərginlikdən danışdı

Ərdoğan Yaxın Şərqdəki gərginlikdən danışdı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu müharibə bütün regiona yayılmadan dayandırılmalıdır”.

presstvaz xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında ABŞ və İsrailin İrana hücumlarını şərh edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, əgər diplomatiyaya şans verilərsə, qarşıya qoyulan məqsədə çatmaq olar. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə tərəfləri danışıqlara qaytarmaq və diplomatiyanı bərpa etmək üçün davamlı səylərini davam etdirir. Prezident bildirib ki, Türkiyə bütün regionda gərginliyin azaldılmasını, sülhü və sabitliyi dəstəkləyir.

“Mövcud vəziyyətin həssaslığını nəzərə alaraq, biz son dərəcə ehtiyatla danışırıq. Türkiyəni ətrafında alovlanan yanğından qorumaq üçün təmkinli davranırıq. Bölgəmizdə cəhd edilən qanlı ssenarilərin, ilk növbədə dinlərarası münaqişələrin qarşısını almaq üçün lazımi tədbirləri görürük”, – deyə qardaş ölkənin lideri bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv