Leyla Əliyeva Maskatda Oman Sultanlığının vəliəhdi ilə görüşüb

Leyla Əliyeva Maskatda Oman Sultanlığının vəliəhdi ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Omana səfəri davam edir.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.

Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv