Fərid Şahbazlı: “Prezidentin müsahibəsi Azərbaycanın yeni strateji hədəflərinin yol xəritəsidir”

Fərid Şahbazlı: “Prezidentin müsahibəsi Azərbaycanın yeni strateji hədəflərinin yol xəritəsidir”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Azərbaycan, #İlham Əliyev, #Orta Dəhliz, #Təhsil, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və məzmunlu müsahibə Azərbaycanın yeni mərhələdə qarşısına qoyduğu strateji hədəflərin aydın yol xəritəsidir. Bu müsahibə ötən ilin icmalı olmaqdan daha çox, müasir dünyanın qeyri-müəyyənlikləri fonunda qalib və hədəflərini dəqiq bilən dövlətin siyasi baxışlarının sistemli təqdimatı kimi dəyərləndirilməlidir”.

presstvaz xəbər verir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında əsas diqqət çəkən məqamlardan biri dövlət idarəçiliyində etimad və məsuliyyət balansının xüsusi ön plana çəkilməsidir: “Dövlət başçısı açıq şəkildə nümayiş etdirdi ki, formalaşdırılan güclü siyasi və iqtisadi baza yalnız mərkəzi iradə ilə deyil, eyni zamanda bu iradəni icra edən məmurların vicdanlı fəaliyyəti ilə mənasını tapır. Prezidentin mesajı aydındır: göstərilən yüksək etimad real nəticələrlə doğruldulmalıdır”.

Fərid Şahbazlı qeyd edib ki, müsahibədə Prezident tərəfindən ictimai nəzarətin vacibliyinə verilən mesajlar müasir dövlətçilik anlayışının mühüm elementidir. “Dövlət başçısının çıxışından bir daha aydın oldu ki, cəmiyyətin proseslərə aktiv münasibəti və iştirakı güclü dövlət modelinin vacib komponentləri sırasında yer alır. İctimai nəzarət məmur özbaşınalığının qarşısını alan, idarəetməni şəffaflaşdıran əsas mexanizmlərdən biridir”, – deyə o vurğulayıb.

Siyasi şərhçinin fikrincə, Prezidentin iqtisadi suverenlik, maliyyə təhlükəsizliyi və qlobal proseslərə yanaşması Azərbaycanın artıq regional çərçivəni aşaraq beynəlxalq gündəliyin formalaşmasında təsir imkanlarına malik olduğunu göstərir. Dövlət başçısının ABŞ-də hazırkı administrasiya və digər güc mərkəzləri ilə münasibətlərə dair səsləndirdiyi fikirlər Azərbaycanın bərabərhüquqlu tərəfdaş mövqeyində olduğunu bir daha təsdiqləyir.

“Prezident İlham Əliyevin ordu quruculuğu və təhlükəsizlik sahəsində səsləndirdiyi fikirlər yalnız real hərbi gücümüzün ifadəsi deyil, eyni zamanda uzunmüddətli sülh strategiyasının tərkib hissəsidir. Yerli müdafiə sənayesinin inkişafı, komando birliklərinin genişləndirilməsi və “Biz hər şeyə hazırıq” mesajı regionda sabitliyin əsas təminatçısının Azərbaycan olduğunu açıq şəkildə ortaya qoyur. Prezidentin Zəngəzur dəhlizi, Orta dəhliz və Qarabağın bərpası ilə bağlı fikirləri Azərbaycanın təkcə bugünü deyil, onillikləri əhatə edən inkişaf konsepsiyasını da əks etdirir. Təhsil, sosial ədalət, vətəndaş rifahı, milli-mənəvi dəyərlər və Azərbaycan dilinin qorunması məsələlərinə verilən xüsusi önəm isə dövlətlə cəmiyyət arasında möhkəm mənəvi bağların mövcudluğunu göstərir”, – F.Şahbazlı deyib.

İGİB sədrinin sözlərinə görə, bu müsahibə Azərbaycanın idarəçilik modelinin möhkəm siyasi iradə və dəqiq strateji hesablamalar üzərində qurulduğunu aydın şəkildə göstərib: “Prezident İlham Əliyevin mövqeyi dövlət strukturlarının fəaliyyətinə istiqamət verən əsas prinsipləri müəyyənləşdirməklə yanaşı, cəmiyyət üçün də məsuliyyət və iştirakçılıq çağırışı mahiyyəti daşıyır. İlin əvvəlində səslənən bu yanaşmalar ölkənin inkişaf trayektoriyasının ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini nümayiş etdirdi”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv