AZAL-ın Praqa-Bakı reysində İNSİDENT – Ekipaj üzvləri sərnişinləri qorudular

AZAL-ın Praqa-Bakı reysində İNSİDENT – Ekipaj üzvləri sərnişinləri qorudular






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Gəmi, #Hadisə, #Hava Yolları, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Hava Yollarının (AZAL) Praqa-Bakı reysini həyata keçirməli olan təyyarəsinin trapında sərnişinlərin narahatlığına səbəb olacaq insident yaşanıb.

presstvaz xəbər verir ki, yanvarın 5-də baş verən hadisə ilə bağlı Praqada yaşayan azərbaycanlı öz sosial hesabında məlumat verib.

O qeyd edib ki, bir nəfər gözləmə zalından qeydiyyatdan keçmədən, qanunsuz şəkildə hava gəmisinə keçməyə cəhd göstərib. Onu saxlamaq üçün aeroportun təhlükəsizlik xidməti, polis əməkdaşları, qaramaskalı şəxslər, xüsusi təlim görmüş itlər cəlb olunublar və həmin şəxs zərərsizləşdirilib. Təhlükəsizlik xidməti əraziyə gələnə kimi həmin şəxslə əlbəyaxa olan təyyarə bələdçisi ona təyyarəyə keçməyə imkan verməyib.

presstvaz-ın sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd olunub ki, ötən gün Praqa hava limanında Praqa-Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb.

“Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.

Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır”, – deyə məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv