Altı yaşından başlayan uğur yolu: Ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli 2025-ci ilin nəticələrini dəyərləndirdi

Altı yaşından başlayan uğur yolu: Ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli 2025-ci ilin nəticələrini dəyərləndirdi






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Baku TV”nin podkastının yeni buraxılışının qonağı ağırlıqqaldırma üzrə dünya çempionatının gümüş medalçısı, Avropa çempionu və MDB Oyunlarının qızıl mükafatçısı Dadaş Dadaşbəyli olub.

Peşəkar idman yoluna çox erkən yaşlarda qədəm qoyan idmançı ağırlıqqaldırmaya necə başladığını xatırlayaraq bildirib ki, bu seçim bir qədər də şəraitlə bağlı olub:

“Uşaq yaşlarımdan ağırlıqqaldırma idmanına başlamışam. 6 yaşım var idi. Əslində, bu, idmana başlamaq üçün çox erkən yaşdır. Sadəcə, Qobustanda o vaxtlar ağırlıqqaldırmadan başqa idman növü üçün şərait yox idi. Uşaqlıqdan fiziki göstəricilərim yaxşı idi. Müəllim dedi ki, bundan idmançı olar. Hələ də maraqlıdır ki, o yaşda bu idman növünə niyə maraq yaranmışdı”.

Dadaş Dadaşbəyli Azərbaycanın idman səfiri kimi 2025-ci ili yüksək qiymətləndirib. Onun sözlərinə görə, ötən il nəticələr baxımından xüsusilə yadda qalıb:

“Digər illərlə müqayisədə 2025-ci ildə möhtəşəm nəticələrimiz oldu. Medal sayımız əvvəlki illərdən çox idi, qızıl medallarımızın sayı artdı. Ümid edirəm ki, bu il də daha yaxşı uğurlar əldə edərik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv