Hollivud ulduzu Mikki Rurkun kirayə borcu üçün yardım kampaniyası başladı

Hollivud ulduzu Mikki Rurkun kirayə borcu üçün yardım kampaniyası başladı






presstv

"Presstv"az #Aktyor, #Audi, #Dollar, #Los-Anceles, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

73 yaşlı Hollivud aktyoru Mikki Rurk kirayə borclarını ödəmək üçün “GoFundMe” platformasında xeyriyyə aksiyası başladıb.

presstvaz xəbər verir ki, bu barədə məlumat “The Guardian” nəşrində yayımlanıb.

Kino ulduzu dekabrın sonlarında Los-Ancelesdəki evindən çıxarılma bildirişi alıb. Ev sahibi ona əmlakı tərk etmək üçün cəmi üç gün vaxt verib, lakin Rurk bu müddət ərzində evdən çıxmayıb.

Buna görə ev sahibi təzminat tələb edərək məhkəməyə müraciət edib.

İş sənədlərinə görə, aktyor Los-Ancelesdə yazıçı Raymond Çandlerin yaşadığı evi kirayəyə götürüb. O, əvvəlcə ayda 5 200 dollar ödəməyə razılaşıb, lakin sonradan kirayə haqqı ayda 7 000 dollara yüksəlib.

İndi Rurka yardım məqsədilə təşkilatçılar 100 000 dollar toplamağı hədəfləyirlər. Bildirilir ki, onun ev sahibinə ən azı 59 000 dollar kirayə borcu var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv