Kim Çen In taktiki silahların istehsalını iki dəfədən çox artırmağı tapşırdı

Kim Çen In taktiki silahların istehsalını iki dəfədən çox artırmağı tapşırdı






presstv

"Presstv"az #Audi, #Kim Çen In, #Şimali Koreya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimali Koreya lideri Kim Çen In hərbi zavodda taktiki idarəolunan silahların istehsalı ilə tanış olub və istehsal gücünün 2.5 dəfə artırılması barədə göstəriş verib.

presstvaz bu barədə Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə istinadən xəbər verir.

“Bizim hərbi sənayemiz mövcud vəziyyətə uyğunlaşmaq, eyni zamanda həm cari sursat istehsalını, həm də istehsal xətlərinin modernləşdirilməsini təmin etmək üçün istehsalı və texniki yenilənməni ciddi şəkildə təşkil etməlidir”, – deyə Kim Çen In qeyd edib.

Onun sözlərinə görə, Şimali Koreyada istehsal olunan taktiki idarəolunan silahlar yüksək atəş gücünə malikdir və hazırda ordunun balansında olan yaylım atəşli raket sistemlərini tamamilə əvəz etməlidir.

Şimali Koreya lideri vurğulayıb ki, hərbi hissələrin yeni növ silahlarla yenidən silahlandırılması prosesi artıq bu ilin birinci yarısında başlamalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv