Dünya Yeni ili necə qarşıladı?

Dünya Yeni ili necə qarşıladı?






presstv

"Presstv"az #Almaniya, #Avstriya, #Braziliya, #Filippin, #İspaniya, #İtaliya, #Kuba, #Slovakiya, #Yaponiya, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeni il bütün dünyada bayram olmasına baxmayaraq, hər ölkənin özünəməxsus ənənələri var.

presstvaz xəbər verir ki, Çexiyada Yeni il gecəsi şampan içilir və "xlebiçki" adlı çörəklə qəlyanaltı edilir. Slovakiyada sakinlər Bratislava körpülərindən 10 km-lik mini-marafon qaçışı keçirirlər. Avstriyada qalay əritmək və şokolad və ya marsipandan hazırlanmış kiçik donuz və fiqurlar hədiyyə etmək adətdir. Yunanıstanda insanlar evdə qalır, kart və oyunlar oynayır; qalibin bütün il boyu xoşbəxt olacağına inanırlar. Almaniyada saatın son zərbəsində stullarına qalxaraq Yeni ilə sevinclə daxil olurlar.

Ekvadorda sakinlər "Año Viejo" adlı böyük müqəvva hazırlayıb yandırır, Kubada isə saat 12-də evdəki bütün su pəncərədən axıdılır. İspaniyada insanlar saatın hər zəngində bir üzüm yeyir, hər gilə ilə bir arzu tuturlar. Yaponiya məbədlərində zənglər 108 dəfə çalınır, evlərdə "kadomatsu" qoyulur və süfrədə düyü keksindən "moçi" olur.

Braziliyada ağ paltar geyən insanlar dəniz kənarında 7 dalğanın üzərindən tullanaraq arzu tuturlar və sahildə şamlar yandırırlar. Filippində süfrəyə 12 dairəvi meyvə qoyulur, dairəvi forma pul və bərəkəti simvolizə edir. İtaliyada keçmiş illə vidalaşmaq üçün köhnə əşyalar pəncərədən atılır, qara paxlalı yeməklər isə rifah rəmzidir. Vyetnamda Yeni il gecəsi balıqlar çaya buraxılır, küslülər barışır və inanılır ki, balıqlar insanların həyatını il boyu izləyir.

Yeni ilin qeyd olunması yalnız təqvimin dəyişməsi deyil, həm də fərqli xalqların əsrlərlə qoruduğu mədəniyyət və maraqlı ənənələrin nümayişidir. 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv