Gəncədə üç evdə yanğın olub

Gəncədə üç evdə yanğın olub






presstv

"Presstv"az #Audi, #Fövqəladə Hallar Nazirliyi (FHN), #Gəncə şəhəri, #Hadisə, #Yanğın hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində baş verən yanğın hadisəsi ilə bağlı yeni məlumat yayıb.

presstvaz  bildirilib ki,bununla bağlı  nazirliyin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Gəncə şəhərində başlayan yanğın söndürülüb.

Bu barədə presstvaz-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının genişlənməsinin qarşısını alıblar.

Hadisə nəticəsində üç yaşayış evi yanıb.

Samir Əli

Gəncə şəhərində yanğın hadisəsi qeydə alınıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində iki ev yanıb, alov üçüncü evə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv