BƏƏ-də yüzlərlə ton Dubay şokoladı satılıb

BƏƏ-də yüzlərlə ton Dubay şokoladı satılıb






presstv

"Presstv"az #Audi, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə Dubay şokoladı şəhərin hava limanında rüsumsuz alış-veriş məkanında ən çox satılan məhsullardan birinə çevrilib.

presstvaz “DailyAfisha”ya istinadən xəbər verir ki, “Dubai Duty Free”də bir il ərzində bu məhsuldan 719 ton satılıb. Xüsusi olaraq hazırlanmış eksklüziv nümunələr səyahətçilər arasında ən populyar məhsullardan birinə çevrilib.

Ən çox satılan isə “Patchi Pistachio Kunafa Bar” və “Habibe Chocolate” brendlərinin məhsulları olub. Məhz bu şokolad sayəsində “Dubai Duty Free” rekord satış həcminə nail olub.

Qeyd edək ki, Dubay şokoladı BƏƏ-də istehsal olunan, kadayif və püstə içliyi qarışığına malik bir şirniyyatdır. Məhsul 2021-ci ildə satışa çıxarılıb və turistlər arasında tez bir zamanda populyarlıq qazanıb. “TikTok”da Dubay şokoladı haqqında ilk video 2023-cü ildə peyda olub və 120 milyon dəfədən çox izlənilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv