Meksikada zəlzələ oldu, prezident konfransı yarımçıq kəsdi

Meksikada zəlzələ oldu, prezident konfransı yarımçıq kəsdi






presstv

"Presstv"az #Audi, #Hadisə, #Jurnalistlər, #Meksika, #Mətbuat konfransı, #Yeraltı təkanlar, #Zəlzələ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Meksika Prezidenti Klaudia Şeynbaumun mətbuat konfransı zamanı zəlzələ baş verib.

presstvaz xəbər verir ki, Meksikanın Qerrero ştatında baş verən 6,5 bal gücündə zəlzələ paytaxt Mexikoda da ciddi hiss edilib. Prezident mətbuat konfransına başladıqdan qısa müddət sonra səslənən seysmik xəbərdarlıq siqnalları səbəbindən çıxışını yarımçıq dayandıraraq zalı tərk etməli olub.

"Associated Press" agentliyinin yaydığı məlumata görə, hadisə canlı yayım zamanı baş verib və Prezident Şeynbaum jurnalistləri təhlükəsizlik qaydalarına əməl etməyə çağıraraq təxliyə olunub.

Yerli seysmoloji xidmətlər yeraltı təkanların episentrinin Qerrero ştatının sahil bölgəsi olduğunu və episentrdə dağıntı riskinin yüksək olduğunu bildiriblər.

Meksika mülki müdafiə rəsmiləri hazırda zədələnmiş binaların və mümkün itkilərin müəyyən edilməsi üçün bölgədə monitorinqlər aparır. İlkin məlumatlara görə, paytaxt Mexikoda ciddi dağıntı qeydə alınmasa da, əhali arasında qısamüddətli panika yaşanıb. Prezident Şeynbaum bir müddət sonra sosial media hesabından vətəndaşlara səslənərək vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, zəlzələ nəticəsində Qerrero və ətraf ştatlarda bəzi magistral yollarda uçqunlar baş verib, rabitə əlaqəsində kəsintilər yaranıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv