“Yollarımız bərbad vəziyyətdədir” – Cəlilabaddan ŞİKAYƏT

“Yollarımız bərbad vəziyyətdədir” – Cəlilabaddan ŞİKAYƏT






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Cəlilabad rayonu, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Asfalt üzünə həsrət qalan yollar, dizə çıxan palçıq. Söhbət Cəlilabad rayonunun təxminən 10 min sakini olan Maşlıq kəndindən gedir.

Maşlıq sakini Nizami Alışanov Baku TV-nin qaynar xəttinə şikayət edərək bildirib ki, həm evinə gedən yolun, həm də ümumiyyətlə kəndin yollarının bərbad vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həllini tapmayıb.

“Yolumuz illərdir bu gündədir. Dəfələrlə maşın yolda sönüb qalıb. Vəziyyət bərbaddır”, – deyə sakin narazılığını ifadə edib.

Məsələ ilə bağlı bələdiyyə sədri Amalya Əmənova bildirib ki, Nizami Alışanovun evinə gedən yol şəxsən onun tərəfindən yerində baxış zamanı qiymətləndirilib:

“Həmin yol həqiqətən də çox bərbad vəziyyətdə idi. Nəqliyyat keçə, uşaqlar məktəbə gedə bilmirdi. Biz ora qreyder saldıq düzəltdik, sonra isə daş-çınqıl materialları tökərək yolu təmir etdirdik. Lakin müraciət ünvanlayan şəxs öz yolunu deyil, başqa bir yolu göstərərək onun təmirini tələb edir”.

Onun sözlərinə görə, Maşlıq kəndində kənddaxili yolların böyük əksəriyyəti hələ də torpaq vəziyyətindədir və onların bir çoxunun ümumiyyətlə təməli olmayıb:

“Bələdiyyənin maliyyə imkanları əsasən əhalidən toplanan torpaq və əmlak vergiləri, eləcə də rüsum və icarə haqları hesabına formalaşır. Əhali vergiləri vaxtında ödədiyi təqdirdə, həmin vəsait hesabına yolların təmirinə hazırıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv