Dani Alveş Portuqaliyada klub sahibi oldu

Dani Alveş Portuqaliyada klub sahibi oldu






presstv

"Presstv"az #Audi, #Braziliya, #Futbol, #Hadisə, #Lionel Messi, #PSJ, #Sevilya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alveş Portuqaliyanın üçüncü liqa klubu “San-Juan-de-Ver”in həmsahibi olub.

presstvaz-ın məlumatına görə, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.

Klub Alveşin gəlişinin sadəcə struktur dəyişiklikləri deyil, “dünyanı fəth edən bir insanın təcrübəsi ilə heç vaxt inamını itirməyən bir klubun ruhunun görüşü” olduğunu bəyan edib.

“San-Juan-de-Ver” 14 turdan sonra A qrupunda sonuncu yerdədir.

Qeyd edək ki, Alveş karyerası ərzində Braziliya milli komandası və “Barselona”, “Sevilya”, “Yuventus” və PSJ kimi klubların tərkibində 43 kubok qazanıb. Ondan çox kubok qazanan yalnız Lionel Messi var.

Xatırladaq ki, 2023-cü ilin yanvarında futbolçu Barselonadakı gecə klubunda zorlama hadisəsi ilə bağlı saxlanılmışdı. 2024-cü ilin fevralında ona dörd il yarım həbs cəzası verildi, lakin 2025-ci ilin martında o, apelyasiyada qalib gəldi və bəraət aldı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv