Azərbaycan valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı ölkələrdəndir – RƏQƏMLƏR

Azərbaycan valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı ölkələrdəndir – RƏQƏMLƏR






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Almaniya, #Audi, #Avropa, #Azərbaycan, #Braziliya, #Çin, #Dollar, #İlham Əliyev, #Rusiya, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində ölkənin valyuta ehtiyatlarının tarixi rekord həddə çatdığını – 80 milyard dollardan artıq olduğunu bildirdi. Azərbaycan dünyada valyuta ehtiyatları ümumdaxili məhsulundan (ÜDM) çox olan azsaylı ölkələrdəndir”.

presstvaz xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.

Azərbaycan valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı ölkələrdəndir - RƏQƏMLƏR

O qeyd edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları onun ÜDM-dən 8 faiz çoxdur:

“2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 14 faiz artaraq 83.6 milyard dollara çatıb. Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Son illər qızıla sərmayə qoyuluşunu artıran Neft Fondunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır. Əksər dövlətlərdə hələ də valyuta ehtiyatları ÜDM-in kiçik hissəsini təşkil etməkdədir. Müqayisə üçün qeyd edək ki, bu nisbət Sinqapurda 66, Rusiyada 17, Braziliyada 14, Çində 6.2 faizdir. Avropa ölkələrində isə ümumiyyətlə bu nisbət aşağıdır. Məsələn, Almaniyada bu göstərici cəmi 0.7 faizdir. İqtisadiyyatı böyük olan sənaye dövlətlərində ÜDM-in həcmi bu nisbətə təsir göstərsə də, “orta güc” dövlətləri üçün valyuta ehtiyatlarının həcmi olduqca əhəmiyyətlidir. Bu iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan da vacibdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv