Ağcabədidə ölən doqquzaylıq körpənin atası: “Xəstəxana hava balonu tapmadı”

Ağcabədidə ölən doqquzaylıq körpənin atası: “Xəstəxana hava balonu tapmadı”






presstv

"Presstv"az #Ağcabədi, #Audi, #Bakı, #Hadisə, #Həkim, #Koma vəziyyəti, #Körpə, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağcabədi rayonunda doqquz aylıq körpənin öldükdən sonra ayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

presstvaz  Oxu.az-a istinadən bildirir ki, bu barədə   körpənin atası Pərviz İsgəndərli məlumat verib.

O bildirib ki, yayılan məlumatlarda yanlışlıq var:

“Hadisə belə olub. Qızım Elif evdə hərarəti yüksəldi və təngnəfəs oldu. Uşağı təcili Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq, orada süni nəfəs aparatına qoşuldu. Bundan sonra vəziyyəti stabilləşdi. Amma gecə saat 02:00-da hava balonunda oksigen bitdiyi üçün uşaq aparatdan ayrılıb. Xəstəxana hava balonu tapmadı və oksigen olmadığından övladımın ağ ciyərində problem yarandı. Nəticədə körpənin mədəaltı vəzi sıradan çıxdı, şəkəri yüksəldi və o, komatoz vəziyyətə düşdü”.

P.İsgəndərli bildirib ki, həkimlərin məsuliyyətsizliyindən körpəyə baxış keçirilməyib:

“Həkimlər körpəni atama təhvil verib, xəstəxanadan çıxarıblar. Atam da təcili olaraq körpəni Bakıya – K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Burada məlum olub ki, uşaq komadadır və beyni sıradan çıxıb. 7 gün burada koma vəziyyətində müalicə olsa da, uşağın səhhətində irəliləyiş olmadı. Həkimlər bildirdilər ki, körpənin bütün orqanları sıradan çıxıb.

Daha sonra qızımı özəl xəstəxanaya yerləşdirdik. Amma bu xəstəxananın həkimləri də bildirdilər ki, uşağın yaşaması mümkün deyil.

Uşağı süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə Bərdəyə gətirdik ki, evə qədər yaşasın. Bərdədə uşağı aparatdan ayırdılar və o, dünyasını dəyişdi. Uşağı evimizə, Ağcabədi rayonunun Qaradolaq kəndinə gətirdik. Dəfn mərasiminə hazırlaşarkən uşaq nəfəs almağa başladı, evə qaldırdıq. Evdə yenidən nəfəs darlığı başladı. Təcili tibbi yardım çağırsaq da, həkimlər heç bir müdaxilə edə bilmədi. Uşaqda şəhər yüksəldi və rəhmətə getdi.

Mənim uşağım Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb bacılarının məsuliyyətsizliyinin qurbanı olub. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat vermişik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv