Ölkənin müxtəlif yerlərinə yağan qar sürücülərə çətinlik yaradır: YOLLAR BUZ BAĞLAYIB

Ölkənin müxtəlif yerlərinə yağan qar sürücülərə çətinlik yaradır: YOLLAR BUZ BAĞLAYIB






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Bakı, #Nəqliyyat, #Qarlı hava şəraiti, #Qeyri-sabit hava şəraiti, #Şamaxı, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti avtomobillərin hərəkətində çətinliklər yaradır.

presstvaz xəbər verir ki, gecə saatlarından etibarən aramsız yağan qar yolların buz bağlamasına səbəb olub.

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, İsmayıllıda, Laçının Sus kəndi ərazisində, Lerikin Şingədulan kəndində yollar buz bağlayıb.

Həmin ərazilərdə hərəkətdə olan nəqliyyat vasitələri ciddi çətinliklərlə üzləşirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan   bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, qum və duz səpilir. Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv