KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Audi, #Kaliforniya, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı aktyor Tommi Li Consun qızı Viktoriya 34 yaşında vəfat edib.

presstvaz-ın məlumatına görə, bu barədə TMZ mənbələrə istinadən məlumat yayıb.

Onun cəsədi 1 yanvar gecəsi “Fairmont San Francisco” hotelinin dəhlizində tapılıb.

Mərhumun şəxsiyyəti hələ rəsmi olaraq müəyyən edilməyib. Polis şəxsiyyətin müəyyən edilməsi üçün tibbi ekspertizanın rəyini gözləyir. Ölüm səbəbi hələ də məlum deyil.

Viktoriya Cons 1991-ci ildə Tommi Li Cons və ikinci həyat yoldaşı Kimberli Kleflinin ailəsində anadan olub. Uşaq ikən o, bir neçə filmdə rol alıb. “Qara geyimli kişilər 2” filmində debüt edib, “Bir ağac təpə” teleserialında və həmçinin atasının rejissorluğu ilə çəkilən “Üç qəbir” filmində çəkilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv