Bakıda əkizlərdən biri evdə, digəri xəstəxanada doğuldu

Bakıda əkizlərdən biri evdə, digəri xəstəxanada doğuldu






presstv

"Presstv"az #Audi, #Avto, #Körpə, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Təcili Tibbi Yardım, #Yenidoğulmuş körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini həyata keçirib.

presstvaz xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.

Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunublar. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə qız dünyaya gəlib.

Yenidoğulmuş oğlan körpənin çəkisi 2 kq 450 qram, boyu 54 sm-dir. Ana və hər iki körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv