Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il tədbiri keçirilib

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il tədbiri keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #Leyla Əliyeva, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə həssas əhali qruplarına aid olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində, eləcə də Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayan azyaşlılar üçün bayram şənliyi təşkil olunub.

presstvaz xəbər verir ki, bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr təqdim edib, balacalarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv