Artvində təbii fəlakət: Üç çoban qar uçqunu altında qalıb

Artvində təbii fəlakət: Üç çoban qar uçqunu altında qalıb






presstv

"Presstv"az #Anadolu, #Audi, #Hadisə, #Qar uçqunu, #Təbii fəlakət, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində baş verən təbii fəlakət nəticəsində üç çoban kiçik mal-qara sürüsü ilə birlikdə qar uçqunu altında qalıb.

Bu barədə presstvaz “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, uçqun Ardanuç rayonunda dəniz səviyyəsindən 2 300 metr yüksəklikdə yerləşən Aksu yaylasında yerli vaxtla səhər saat 11:00 radələrində baş verib. Üç çobanın sürüləri ilə birlikdə qar altında qalması xəbərindən sonra AFAD qrupları səfərbər edilib. Qruplar qarla örtülü yolları təmizləyən ağır texnikanın köməyi ilə əraziyə çatmağa çalışırlar.

Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunun Zekeriya kəndində qar uçqunu baş verib.

presstvaz-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Artvin valisi Turan Ergün məlumat verib.

“Zekeriya kəndində uçqun baş verməsi barədə məlumat aldıq. Ərazidəki çobanların uçqun altında qaldıqları ehtimal edilir. Komandalarımız hadisə yerinə çatmağa çalışırlar”, – deyə Turan Ergün bildirib.

O, həmçinin bölgədəki hava şəraitinin əlverişsiz olduğunu qeyd edib, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) və digər müvafiq qurumların qruplarının, çətin şəraitə baxmayaraq, xilasetmə əməliyyatları üçün əraziyə çatmağa çalışdığını vurğulayıb.

Artvində təbii fəlakət: Üç çoban qar uçqunu altında qalıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv