Ermənistanda müxalif partiyanın iki üzvü həbs edildi

Ermənistanda müxalif partiyanın iki üzvü həbs edildi






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Bələdiyyə seçkisi, #Cinayət işi, #Ermənistan, #Jurnalistlər, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanda müxalif Vətən Partiyasının baş katibi Xaçik Qalstyan iki ay müddətinə həbs edilib.

presstvaz “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə vəkil Sos Hakobyan Antikorrupsiya Məhkəməsinin iclasından sonra jurnalistlərə deyib.

Partiyanın digər nümayəndəsi Aram Koçaryan isə bir ay müddətinə həbs olunub.

Onların hər ikisi ötən gecə saxlanılıb. Müxalif partiyanın üzvləri noyabrda Vaqarşapatda keçirilən bələdiyyə seçkisi zamanı rüşvət paylamaqda ittiham olunurlar.

Ermənistanda müxalif Vətən Partiyasının baş katibi Xaçik Qalstyan saxlanılıb.

presstvaz-ın məlumatına görə, bu barədə vəkil Arsen Babayan sosial şəbəkədə məlumat verib.

Ermənistan Antikorrupsiya Komitəsi öz növbəsində bildirib ki, Xaçik Qalstyan 16 noyabrda Vaqarşapatda keçirilən ağsaqqallar şurasına seçki zamanı rüşvət vermə işinin iştirakçısıdır.

Qurumun məlumatına görə, bu günlərdə seçicilərin rüşvətlə ələ alınması ilə bağlı cinayət işi çərçivəsində səkkiz nəfər, o cümlədən Armavir vilayətinin keçmiş vali müavini saxlanılıb.

“Saxlanılanlardan birinə qarşı həbs, üçünə qarşı isə ev dustaqlığı qətimkan tədbiri tətbiq edilib. Dünən eyni cinayət işi çərçivəsində rüşvət vermə ittihamı ilə daha iki nəfər, o cümlədən qeyd edilən partiyanın baş katibi saxlanılıb”, – deyə Antikorrupsiya Komitəsinin başçısının mətbuat katibi Marina Ohancanyan bildirib.

O əlavə edib ki, sonuncularla bağlı məhkəməyə qətimkan tədbiri kimi həbs tətbiq olunması barədə vəsatətlər təqdim edilib.

Daha sonra Vaqarşapatda bu partiyanın digər nümayəndəsi – Aram Koçaryanın da saxlanıldığı məlum olub. Bu barədə siyasi qurumun mətbuat katibi Ripsime Arakelyan sosial şəbəkədə yazıb.

Vətən Partiyası 2020-ci ildə Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan tərəfindən yaradılıb. Bundan bir neçə ay əvvəl, 2019-cu ilin sentyabrında o, MTX başçısı vəzifəsindən azad edilmiş, daha sonra müxalifətə qoşulmuşdu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv