ABŞ-də “Toyota”ya qarşı kollektiv iddialar qaldırıldı

ABŞ-də “Toyota”ya qarşı kollektiv iddialar qaldırıldı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Dollar, #Kaliforniya, #Lexus, #Toyota, #Toyota Camry

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də “Toyota”nın müştəriləri UA80 səkkizpilləli avtomatik ötürmə qutusu ilə bağlı ciddi problemlərlə üzləşdikləri üçün şirkətə qarşı iki kollektiv iddia qaldırıblar.

presstvaz xəbər verir ki, məlumatı rg.ru saytı yayıb.

İddialara görə, transmissiya gözlənilən istismar müddətindən xeyli əvvəl sıradan çıxır, səbəblər isə həm qızma və detalların sürətli aşınması, həm də aqreqata yükü artıra bilən proqram təminatı ilə əlaqədardır.

İddialardan biri 2020-ci il istehsalı olan “Toyota Camry XSE “avtomobilinin sahibi Ceyms Labouteller tərəfindən qaldırılıb. O bildirib ki, avtomobildə qeyri-adi səslər yarandıqdan sonra diler transmissiyanın tam dəyişdirilməsini tövsiyə edib. Şirkət yeni aqreqatı təqdim etməyə razılaşıb, lakin quraşdırma üçün pul ödəməkdən imtina edib.

Sənəddə iki əsas qüsurdan bəhs edilir – transmissiya mayesinin xüsusiyyətlərini korlayan və köhnəlməni sürətləndirən həddindən artıq qızma, həddindən tez keçidlərə və hidrodinamik transformatorun vaxtından əvvəl bloklanmasına səbəb olan idarəetmə alqoritmləri.

İddiaçılar bildirirlər ki, “Toyota” mümkün problemlərdən hələ sınaq mərhələsində xəbərdar olub və sonrakı illərdə müştərilərin şikayətləri, dilerlərdən və dövlət qurumlarına müraciətlər də daxil olmaqla çox sayda siqnal alıb.

Qeyd olunur ki, yanacaq səmərəliliyini artırmaq məqsədi daşıyan proqram yeniləmələri qurğunun köhnəlməsini sürətləndirir və zəmanət müraciətləri çox zaman rədd edilir.

İkinci kollektiv iddia Kaliforniyada 2020-ci il istehsalı olan “Toyota Highlander”in sahibi Nil Pallaya tərəfindən təqdim edilib, o, yüksəktezlikli səs və daha sonra transmissiyanın tam sıradan çıxması ilə qarşılaşıb. Avtomobil artıq zəmanət altına düşmədiyindən, təmirin dəyəri 7 min 400 dolları keçib. İddiaçının sözlərinə görə, problem konstruktiv xarakter daşıyır və təklif olunan həllər ilkin qüsuru aradan qaldırmır.

Potensial təsir altında olan modellərin siyahısında “Toyota Highlander” (2017-ci ildən), “Grand Highlander” (2024-cü ildən), “Camry” (2018-2024-cü illər), “Sienna” (2017-2020-ci illər), “Avalon” (2019-2022-ci illər), “RAV4” (2019-cu ildən), həmçinin son illər istehsal olunan “RX 350”, “ES 250”, “ES 350”, “NX 250”, “NX 350” və “TX 350” daxil olmaqla bir sıra “Lexus” modelləri qeyd edilir.

İddiaçılar kompensasiya və vəsaitlərin geri qaytarılmasınıı tələb edirlər. Hələlik “Toyota” iddialarla bağlı rəsmi açıqlama vermir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv