Edinson Kavaninin karyerası “zarafat günü”nün hədəfi oldu

Edinson Kavaninin karyerası “zarafat günü”nün hədəfi oldu






presstv

"Presstv"az #"Mançester Yunayted", #Ailə, #Audi, #Avropa, #Fransa, #Futbol, #İngiltərə, #İspaniya, #İspaniyanın, #İtaliya, #Jurnalistlər, #PSJ, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Boka Xuniors” klubunun futbolçusu Edinson Kavani karyerasını bitirməyib.

presstvaz xəbər verir ki, 38 yaşlı futbolçunun karyerasını başa vurması ilə bağlı vida məktubunun ekran görüntüsü yayılsa da, əslində, bunun İspaniyada və digər ispandilli ölkələrdə dekabrın 28-də qeyd olunan “zarafat günü” ilə bağlı edilən paylaşım olduğu üzə çıxıb.

Edinson Kavaninin karyerası zarafat gününün hədəfi oldu

Buna baxmayaraq, xəbər tez bir zamanda yayılıb, bəzi azarkeşlər və hətta tanınmış jurnalistlər hücumçunun karyerasını bitirdiyi barədə paylaşımlar ediblər.

Qeyd edək ki, Kavaninin “Boka Xuniors” ilə müqaviləsi dekabrın 31-də başa çatır.

Uruqvay millisinin sabiq hücumçusu Edinson Kavani peşəkar futbolçu karyerasını rəsmən başa vurub.

presstvaz xəbər verir ki, Kavani bu qərarını sosial şəbəkələrdə paylaşdığı vida mesajı ilə açıqlayıb.

“Məni formalaşdırdın, məndən çox şey istədin, yıxıldığım zaman yenidən ayağa qalxmağı və hər addımı dəyərli etməyi öyrətdin. Uşaqlıqda qeyri-mümkün görünən xəyallarıma çatmağıma, meydanda və meydandan kənarda inanılmaz insanlarla tanış olmağıma imkan verdin.

Bunların heç biri ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və ən əsası insanlar olmadan mümkün deyildi. Hər ölkədə və hər klubda azarkeşlərin göstərdiyi sevgi həyatımın qalan hissəsində özümlə aparacağım bir şeydir. Mən hər məşqdə və hər oyunda hər şeyimi verdiyimi bilərək sakitliklə ayrılıram. Səhvlərlə, uğurlarla, amma həmişə bu peşəyə hörmətlə”, – deyə Kavani paylaşımında yazıb.

Kavani karyerası ərzində Avropanın bir sıra nüfuzlu klublarında çıxış edib. O, İtaliyanın “Palermo” və “Napoli”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Valensiya” komandalarının formalarını geyinib. Uruqvay millisinin də uzun illər əsas fiqurlarından biri olan Kavani bu komandanın heyətində 136 oyun keçirib və 58 qol vurub. O, yığma ilə Amerika Kubokunun qalibi olub, həmçinin bir neçə dünya çempionatında iştirak edib.

Kavani peşəkar karyerası boyunca ümumilikdə 745 matçda meydana çıxıb və 404 qola imza atıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv